AZ

Bəzi yerlərdə güclü külək əsir, yağış yağır - Faktiki hava

Sentyabrın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb. 

News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Lənkəranda 9, Biləsuvarda 6, Sabirabadda 5, Tovuzda 4, Balakəndə 3, Zaqatala, Ceyrançöl, Ağstafa, Astarada 2, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Xınalıq, Şəmkir, Qax, Şəki, Qobustan, Yevlax, Göyçay, Şahdağ, İmişli, Yardımlı, Lerikdə 1 mm-dək qeydə alınıb.

Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 25, Goranboyda 23, Gəncədə 20 m/s-dək güclənir.

Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Seçilən
71
38
news24.az

10Mənbələr