AZ

Yeni filmin çəkilişinə razılıq verilib

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Leonardo Di KaprioBir il əvvəl taleyi sual altında olan filmin çəkilişləri ilə bağlı razılıq əldə edilib. Reyting.az-ın məlumatına görə, Maykl Mannın uzun illərdir ki, barəsində danışdığı "Toqquşma-2"-nin çəkilişlərinə "Warner Bros." studiyası nəhayət razılıq verib. "World of Reel" nəşri yazır ki, uzun müddətdir davam edən müzakirələrdən sonra yeni kino layihəyə rəhbərlik edənlər, həmçinin yaradıcı qrup sonda filmdəki baş rolu Hollivudun məşhur aktyoru Leonardo Di Kaprioya tapşırmaq qərarına gəliblər. Çəkilişlərin 2026-cı ildə başlaması planlaşdırılır.Hollivuda yaxınlığı ilə seçilən mənbələrin iddiasına görə, bu ekran əsərinin aktyor heyəti son illərin "ən güclülərindən biri" hesab olunur. Üstəlik, filmdə Leonardo Di Kaprio ilə yanaşı, Ostin Batlerin və Adam Dreyverin də iştirakı çox müzakirə olunur. Bundan əlavə, filmdə hələ açıqlanmayan bir neçə böyük sürprizlər də gözlənilir.Bir il öncə kino şirkəti film üçün nəzərdə tutulmuş 150 milyon dollarlıq büdcənin məqsədəuyğunluğu ilə bağlı tərəddüd etsə də, sonralar ümumi xərclərin təxminən 200 milyon dolları aşa biləcəyi bildirilmişdi. Lakin "Warner Bros."-un son uğurlu nümayişləri bu vəziyyəti tamamilə dəyişib. Hazırda kinostudiya "Apple" şirkəti ilə birlikdə maliyyələşdirmə üçün variantları nəzərdən keçirir. "Apple" artıq ssenari ilə də tanış olub.Film, rejissor Maykl Mannın yazıçı Meq Qardinerlə birlikdə qələmə aldığı eyniadlı romanın əsasında çəkiləcək. Bu əsər həm orijinal "Toqquşma"-ya prequel, həm də davam rolunu oynayır. Filmin əsas süjeti bir zamanlar məşhur aktyor Robert De Nironun canlandırdığı və Nil MakKoli ilə Al Paçino kimi ulduzların da oynadığı Vinsent Hanna obrazlarının uzaq gənclik illərini, eləcə də 1995-ci ildə baş vermiş kulminasiya atışmasından sonrakı gərgin hadisələri əhatə edir.Bu yeni ekran işi üçün kinorejissor Maykl Mann 1999-cu ildən bəri ilk dəfə yenidən plyonka ilə işləməyi, həm də birinci filmin vizual üslubunu formalaşdırmış operator Dante Spinottini çəkilişlərə dəvət etməyi planlaşdırır.Rəsmi təfərrüatlar və aktyor heyətinin siyahısının yaxın həftələrdə açıqlanacağı gözlənilir.Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
reyting.az

2Mənbələr