AZ

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub – Fotolar

Gürcüstanda SOCAR-a məxsus avtomobilə silahlı hücum olub.

Hurriyyet.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə Şida Kartli bölgəsinin Kareli rayonunda, hakim “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara görə, insident zamanı xəsarət alan olmayıb. Hadisənin detalları açıqlanmayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başladığını təsdiqləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfəri saxlayıblar. Hücumun motivləri hələlik məlum deyil.

Seçilən
32
14
hurriyyet.az

10Mənbələr