AZ

Paşinyandan hücum qərarı: Planı açıqlandı

BAKI, 19 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini taxtdan endirmək üçün ssenarisini yekunlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Paşinyanın bundan əvvəl bəyan etdiyi tərəfdarları ilə Eçmiədzinə yürüş etmək və kafedral önündə izdihamlı mitinq keçirmək fikri artıq konkret plana çevrilib.

Mənbə baş nazirin onu devirmək üçün II Qareginin çevrəsindəki fiqurlardan istifadə edəcəyini və vətəndaşların prosesdə geniş iştirakını təmin etmək üçün kilsə ilə bağlı mühüm faktlarını açıqlayacağını qeyd edib:

“II Qareginin devrilməsi ssenarisi hökumətin parlament seçkilərindən əvvəl həyata keçirməli olduğu böyük siyasi addım kimi qiymətləndirilir. Paşinyanın məqsədi Eçmiədzinin qapılarını “xalq adına” döymək və bütün ermənilərin katolikosunu taxtdan endirməkdir”.

“Hraparak” bundan əvvəl Eçmiədzinə gözlənilən yürüşün qarşıdakı günlərdə baş tutacağını vurğulayıb.

Seçilən
31
teleqraf.com

1Mənbələr