AZ

Tramp Çinə qarşı gömrük rüsumlarının artırılmasını yenidən təxirə sala bilər

Vaşinqton administrasiyası Çindən gələn mallara rüsumların artırılmasını yenidən təxirə sala bilər.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə ölkəsinin iqamətgahı olan Chequersdə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz Çinlə müqaviləni uzada bilərik, lakin o, indiki şərtlərlə olacaq. Bunlar olduqca yaxşı şərtlərdir. Biz razılaşmaya olduqca yaxınıq"- Tramp  deyib.

 Amerika lideri sentyabrın 19-da Çin prezidenti Si Tsinpinlə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlamışdı.Trampın sözlərinə görə, onlar digər məsələlərlə yanaşı, Çin sosial media platforması TikTok-un Amerika şirkətləri tərəfindən alınması şərtlərini də təsdiq edəcəklər.

Mayın 10-11-də Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ və Çin nümayəndələri 90 gün ərzində (12 may tarixindən başlayaraq) qarşılıqlı tariflərin 115% azaldılmasını elan etdilər (ABŞ-a idxal olunan Çin malları üçün 30%-ə, Çinə idxal olunan Amerika malları üçün isə 10%-ə qədər). Avqust ayında Tramp Çin mallarına artan tariflərin tətbiqini 90 gün müddətinə, noyabrın 10-na qədər təxirə salan sərəncam imzalayıb. 

 

Seçilən
23
banco.az

1Mənbələr