AZ

Qarabağda ədalət bərpa olundu: 2023-cü ilin böyük qələbəsi

Bakı. Trend:

Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilinnoyabrında imzalanmış üçtərəfli bəyanat Qarabağdakı bütün ermənisilahlı qüvvələrinin ərazidən çıxarılmasını nəzərdə tutsa da,sonrakı illərdə bu öhdəlik yerinə yetirilməmişdi.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycanın dəfələrlə etdiyixəbərdarlıqlara və sülh çağırışlarına baxmayaraq, Ermənistansilahlı qüvvələri Qarabağda qalmaqda davam etmiş, hətta onlarınsayı və hərbi potensialı artırılmışdı.

"Paralel olaraq, bölgədəki separatçılar müstəqillik iddialarınıdavam etdirərək qondarma “seçkilər” və “parlament” vasitəsiləAzərbaycan dövlətinə qarşı siyasi təxribatlar həyatakeçirirdilər.

Azərbaycan, beynəlxalq hüquqa və üçtərəfli bəyanatınmüddəalarına əsaslanaraq, bölgədə sülhün və sabitliyin bərqərarolması üçün 3 il ərzində səbirli və konstruktiv mövqe sərgiləyirdi.Həm reinteqrasiya təşəbbüsləri, həm də danışıqlar üçün çağırışlarbu siyasətin tərkib hissəsi olmuşdur. Lakin Ermənistan tərəfinindanışıqlardan yayınması və Azərbaycan ərazilərində mütəmaditəxribatlar törətməsi vəziyyəti gərginləşdirirdi. 2021-ci ildənetibarən başlanan sərhəd delimitasiyası prosesi də tərəflərarasında olan etimadsızlıq fonunda çətinliklər, silahlı insidentlərvə toqquşmalarla müşayiət olunmuşdu. Xüsusilə 2022-ci ilinsentyabrında baş verən toqquşmalar müharibədən sonrakı dövrün ənqanlı insidenti kimi yadda qaldı. 2023-cü ildə isə həm Qarabağdaxilində, həm də dövlət sərhədində baş verən silahlı hücumlarErmənistanın bölgədəki sülhə real maraqlı olmadığını göstərirdi.Bu, yalnız Azərbaycan suverenliyinin pozulması deyil, həm dəbölgədə sülh və təhlükəsizlik üçün ciddi təhdid idi."

S.Mikayılova əlavə edib ki, ümumilikdə, bu dövr göstərdi ki,Azərbaycanın sülhə yönəlik çağırışları və humanist yanaşması qarşıtərəfdən adekvat cavab tapmadığı təqdirdə, ölkənin suverenliyi vətəhlükəsizliyi üçün zəruri addımlar atılması qaçılmazdır.

"Ermənistan tərəfindən Qarabağa qanunsuz yollarla yüzlərlə hərbitexnika, o cümlədən tanklar, zirehli nəqliyyat vasitələri,artilleriya qurğuları, radioelektron mübarizə və hava hücumunaqarşı müasir sistemlər gətirilmişdi. Bu hərbi yığım Azərbaycanərazisində antiterror əməliyyatının zəruriliyini qaçılmaz edirdi.Qısamüddətli və lokal xarakterli bu əməliyyat nəticəsində düşməninhərbi potensialına ciddi zərbə vurulmuş, ərazidə yerləşdirilmişçoxlu sayda silah və texnika sıradan çıxarılmışdır. Bundan əlavə,Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindən sonra da terrorfəaliyyətindən əl çəkmirdi, 2021-ci ildə öz ərazisində istehsaletdiyi minaları qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsinəötürürdü. Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər bu yollabölgəyə minalar gətirilərək müxtəlif ərazilərdə basdırılırdı vənəticədə Azərbaycan vətəndaşları və hərbçiləri üçün ciddi təhlükəyaradırdı."

S.Mikayılova qeyd edib ki, büütün bu faktlar göstərir ki,Ermənistan nəinki üçtərəfli bəyanatın tələblərinə əməl etmirdi, həmdə bölgədə sabitliyi pozmaq üçün aktiv şəkildə təxribatlar həyatakeçirirdi.

"Azərbaycanın cavab tədbirləri isə ölkənin ərazi bütövlüyünü vəmilli təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı.Separatçıların Qarabağda qanunsuz fəaliyyətləri, xüsusilə dəfaydalı qazıntı yataqlarının qanunsuz istismarı və təbiisərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətində ciddinarazılıq doğurmuşdur. Bu narazılığın ifadəsi olaraq vətəndaşcəmiyyəti nümayəndələri və ekologiya fəalları tərəfindən Şuşa-Laçınyolunda etiraz aksiyası keçirilmişdi. Bundan əlavə, 2023-cü ilinaprelində Ermənistan tərəfindən Laçın yolundan qanunsuz hərbiməqsədlərlə istifadə edilməsi davam etdiyindən, Azərbaycan butəhlükənin qarşısını almaq üçün Laçın–Xankəndi yolununbaşlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi qurdu. Bu addımölkənin suveren hüquqlarının təmin olunmasına və ərazisindətəhlükəsizliyin bərqərar edilməsinə yönəlmişdir."

Deputat bildirib ki, 2023-cü ilin 19 sentyabrında Ermənistansilahlı qüvvələrinin və separatçı silahlı dəstələrin Qarabağdatörətdiyi genişmiqyaslı təxribat və terror aktları nəticəsindəAzərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu və yaralandı.

"Bu təhlükəli vəziyyətə cavab olaraq Azərbaycan Ordusu bölgədəlokal xarakterli antiterror əməliyyatına başladı.Cəmi 23 saat 43dəqiqə davam edən əməliyyat nəticəsində separatçı silahlı qüvvələrtəslim olmağa məcbur olmuş, erməni hərbi mövqeləri və texnikasıdəqiqliklə hədəfə alınaraq sıradan çıxarılmışdır. Rusiyasülhməramlılarının vasitəçiliyi ilə əldə olunan razılaşma əsasındaatəşkəs elan olunmuş və aşağıdakı əsas şərtlərlə antiterrorəməliyyatı dayandırılmışdır: erməni silahlı qüvvələrinin vəqeyri-qanuni silahlı dəstələrin tam tərksilah olunması, bölgənitərk etməsi və bütün silah-sursatın təhvil verilməsi. Bu addımseparatizmə son qoyaraq Azərbaycanın konstitusiya quruluşununbərpasına imkan yaratdı."

S.Mikayılova vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da başlananlokal antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu həm hərbipeşəkarlıq, həm də humanist yanaşma nümayiş etdirdi.

"Çətin relyef və düşmənin möhkəmləndirilmiş mövqelərinəbaxmayaraq, hərbçilərimiz qısa müddətdə ciddi uğurlar əldə edərək406 kvadratkilometr ərazini nəzarət altına aldı. Düşmənin böyüksayda texnikası və canlı qüvvəsi sıradan çıxarıldı və ələkeçirildi. Əməliyyat zamanı mülki əhalinin təhlükəsizliyinə xüsusidiqqət yetirildi. Ordumuza əmr verilmişdi ki, mülki şəxslərə zərərdəyməsin. Əhali SMS, vərəqələr və səsgücləndiricilər vasitəsiləxəbərdar edildi. Humanitar normalara uyğun olaraq, qadınlara,uşaqlara, yaşlılara və xəstələrə yardım göstərildi, mülki obyektlərqorundu."

Deputat bildirib ki, əməliyyatdan sonra uzun müddətdanışıqlardan yayınan erməni icmasının nümayəndələri YevlaxdaAzərbaycan rəsmiləri ilə görüşməyə məcbur oldular.

"Görüşdə reinteqrasiya və separatçılığa son qoyulması məsələlərimüzakirə olundu, erməni sakinlərə Azərbaycanın təkliflərini qəbuletmək və gələcəkləri ilə bağlı seçim etmək imkanı verildi. Bu,Azərbaycanın həm hərbi, həm də siyasi baxımdan məsuliyyətlidavranışının göstəricisi oldu.

2023-cü il sentyabrın 28-də separatçı rejimin rəhbəri SamvelŞahramanyanın qondarma rejimin ləğvi barədə sənəd imzalaması iləQarabağda separatçılıq rəsmi olaraq sona çatdı. Cəmi 24 saatdan azdavam edən lokal antiterror əməliyyatı nəticəsində Ermənistanordusu tərksilah olundu, qeyri-qanuni silahlı birləşmələr ləğvedildi və əsas separatçı liderlər həbs olundu. Azərbaycanınsuverenliyi tam şəkildə təmin olundu. Bu tarixi Zəfər 2023-cü iloktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərəvə Xocavənddə Azərbaycan bayrağını ucaltdığı anlarla rəmziləşdi. Buhadisə Azərbaycan ərazi bütövlüyünün bərpasını və dövlətçiliktarixində mühüm bir mərhələnin tamamlanmasını ifadə edir."

Seçilən
27
4
az.trend.az

5Mənbələr