AZ

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı qardaş həlak oldu

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Şovu kəndi ərazisində qeydə alınıb.Hərəkətdə olan "Mercedes" markalı avtomobil məktəbə gedən şagirdlər – 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub.Uşaqlar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Meyitlər ailələrinə təhvil verilib.

 

Məlumata görə, qəzanı törədən avtomobil toqquşmadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.Sabutay, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
bizim.media

3Mənbələr