AZ

Lənkəranda məktəbə gedən bacı-qardaşı maşın vurdu


Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər bacı 2017-ci il təvəllüdlü Gülay Əlizadə, qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki mərtəbəli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.
Seçilən
8
27
yeniavaz.com

10Mənbələr