AZ

Qlobal əmtəə birjalarında əsas indekslər yüksəlib

ABŞ və Avropa əmtəə birjalarında əsas indekslər yüksəlib.

"APA-Economics"in məlumatına görə, Amerika bazarlarında Dow Jones Industrial Average 0,27% artaraq 46 142,42 bəndə çatıb. S&P 500 indeksi 0,48% artaraq 6 631,96 bənd, Nasdaq Composite isə 0,94% artaraq 22 470,72 bənd olub. NYSE Composite 0,30% artaraq 21 504,35 bənd, S&P/TSX Composite isə 0,45% yüksələrək 29 453,53 bənd təşkil edib.

Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 indeksi 1,62% artaraq 5 456,67 bənd, FTSE 100 indeksi 0,21% artaraq 9 228,11 bənd, DAX indeksi isə 1,35% artaraq 23 674,53 bənd olub. CAC 40 0,87% artaraq 7 854,61 bənd, IBEX 35 isə 0,32% artaraq 15 175,40 bənd səviyyəsində qərarlaşıb. Yalnız son bir ayda DAX indeksində 0,95%-lik azalma qeydə alınıb.

Analitiklər qeyd edirlər ki, indekslərin artımına əsasən ABŞ-da FED-in faiz dərəcələrini azaltmaq ehtimalı, texnologiya şirkətlərinin güclü nəticələri və süni intellekt sektoruna marağın artması təsir göstərib. Avropa birjalarında isə fiskal stimullar, sənaye istehsalında bərpa və qiymətləndirmə fərqləri fonunda investor marağının artması müsbət dinamikanı dəstəkləyib.

Seçilən
20
2
apa.az

3Mənbələr