Rusiyalı müğənni Alla Puqaçova son müsahibəsində Çeçen separatçılarının lideri Coxar Dudayev haqqında söylədiyi fikirlərə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Rusiya mətbuatının məlumatına görə, Puqaçova Dudayevi “yaxşı insan” adlandırıb və ona müsbət təriflər verib.
Hüquq-mühafizə orqanları bu ifadələri “terrora haqq qazandırmaq cəhdi” kimi qiymətləndirib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinə əsasən, sənətçini 5 ilə qədər həbs cəzası gözləyə bilər.
Məşhur hüquqşünas Aleksandr Treşçev də Puqaçovanın Dudayev barədə dediklərinə görə ona qarşı protokol tərtib edib. O, müğənnidən 1,5 milyard rubl məbləğin ödənilməsini tələb edir. Treşçevin sözlərinə görə, Puqaçovanın bəyanatları Çeçenistan müharibələrinin bütün veteranlarını təhqir etmək anlamına gəlir.