AZ

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürəcək

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start veriləcək.

Moderator.az xəbər verir ki, sayca 9-cu dəfə Bakıda təşkil olunacaq turnir növbəti üç gündə davam edəcək.

6 km uzunluğu olan Bakı halqasında 20 döngə var.

Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu baş tutacaq. Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Ayın 21-də isə əsas yarış təşkil olunacaq.

Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Qeyd edək ki, hazırda ”Maklaren"in pilotu Oskar Piastri 324 xalla turnir cədvəlinə başçılıq edir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) isə üçüncüdür.

Mühəndislər Kubokunda da "Maklaren" liderdir - 617 xal. "Ferrari" ikinci (280 xal), "Mersedes" (260 xal) üçüncü pillədə qərarlaşıb.

Seçilən
26
1
moderator.az

10Mənbələr