AZ

"Reuters": Baqram aviabazasının qaytarılması ABŞ-ın Əfqanıstana təkrar müdaxiləsi ilə nəticələnə bilər

ABŞ Prezidenti Donald Trampın Baqram aviabazası üzərində nəzarəti geri qaytarmaq planı Vaşinqton üçün Əfqanıstana təkrar müdaxilə ilə nəticələnə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi keçmiş və hazırkı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, aviabaza üzərində nəzarəti geri qaytarmaq Amerika rəhbərliyindən 10 mindən çox hərbçinin göndərilməsini, həmçinin müasir hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər ki, bu da ölkəyə təkrar müdaxilə kimi görünə bilər.

Agentliyin mənbələri qeyd edirlər ki, Amerika rəhbərliyi Baqram aviabazasının hərbi yolla geri qaytarılmasının aktiv planlaşdırılmasını həyata keçirmir. Onların məlumatına görə, hətta aviabaza ABŞ-nin nəzarətinə qayıtsa belə, amerikalı hərbçilərə qarşı raket hücumlarının həyata keçirilməsinə yol verməmək üçün onun ətrafındakı nəhəng perimetri təmizləmək və saxlamaq xeyli səy tələb olunacaq.

Qeyd edək ki, daha əvvəl Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında bildirmişdi ki, Amerika hökuməti Əfqanıstandakı Baqram aviabazası üzərində nəzarəti geri qaytarmaq üçün cəhdlər edir. Trampın sözlərinə görə, bunun səbəblərindən biri bazanın "Çinin öz nüvə silahlarını istehsal etdiyi yerdən cəmi bir saat uçuş məsafəsində yerləşməsidir".

Seçilən
28
ikisahil.az

1Mənbələr