AZ

Tramp Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki danışıqlarıBÖYÜK BRİTANİYADA DA XATIRLADI

ABŞ lideri Donald Tramp bir daha Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla apardığı danışıqlardan bəhs edib.

 

Senzor.az bildirir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında danışıb.

 

"Onlar (Azərbaycan və Ermənistan liderləri - red.) Oval kabinetdə söhbətə başlayarkən mövqeləri bir-birilərindən çox uzaq idi. Biz bir saat birgə olduğumuz müddətdə onların mövqeyi getdikcə yaxınlaşdı və söhbətin sonunda biz bir-birimizi bağrımıza basdıq", - deyə Tramp qeyd edib.

 

Xatırladaq ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqda sazişi paraflayıblar.

Seçilən
27
7
senzor.az

10Mənbələr