AZ

“Fitch”: Azərbaycanda problemli aktivlərin riski isə aşağı düşüb, lakin “risklər var”

Azərbaycanda bank sektorunun orta göstəriciləri 2017-ci ildən yaxşılaşıb – dollarlaşma azalıb, problemli aktivlərin riski isə aşağı düşüb.

Banker.az xəbər verir ki, bu barədə “Fitch Rating” beynəlxalq reytinq agentliniyinin açıqlamasında bildirilir.

Lakin reytinq agentliyi bildirir ki, Azərbaycan Mərkəzi Bankının bu sahədə risklərin idarəsi üçün qabaqlayıcı tədbirlər görməsinə rəğmən, 2021-ci ildən bəri pərakəndə kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır.

Fitch proqnozlaşdırır ki, Azərbaycanda ÜDM artımı 2025-ci ildə 3,5%-ə, 2026-cı ildə isə 2,5%-ə enəcək (2024: 4,1%). Bu, qlobal qiymətlərin ucuzlaşması fonunda neft-qaz sektorundakı zəifləmə ilə bağlıdır.

 

Seçilən
5
1
banker.az

2Mənbələr