AZ

Kanada və Meksika ABŞ ilə əlaqələri genişləndirmək niyyətindədir

Kanadanın Baş naziri Mark Karni və Meksika Prezidenti Klaudiya Şeynbaum üç ölkə arasında azad ticarət sazişini "daha ədalətli və səmərəli" etmək niyyətində olduqlarını bildiriblər.

“İki sahil” xəbər verir ki, bu açıqlama ilə hər iki rəsmi şəxs keçirdikləri birgə mətbuat konfransında çıxış ediblər.

Liderləin sözlərinə görə, ABŞ ilə üçtərəfli ticarət sazişinin yenidən nəzərdən keçirilməsi öncəsi səylərin koordinasiyası vacibdir.

Mark Karni və Klaudiya Şeynbaum həmçinin infrastruktur, energetika, kənd təsərrüfatı və səhiyyə sahələrində ikitərəfli ticarətin inkişafı üzrə yeni fəaliyyət planını elan ediblər.

Qeyd edək ki, Kanadanın Baş naziri Meksikada səfərdədir.

Seçilən
64
ikisahil.az

1Mənbələr