AZ

DTA 3 şirkətə 214 min ödəyəcək

Dövlət Turizm Agentliyi (DTA) “Conde Nast Traveller Middle East” platformasında Azərbaycanın turizm potensialının geniş şəkildə işıqlandırılması məqsədilə reklam xarakterli məqalələrin hazırlanması xidmətinə 26 248 AZN, turizm sahəsində maarifləndirmə işlərinin icrası ilə əlaqədar xidmətlərə 24 957 AZN, 2025-ci il ərzində Çinin 4 sosial media platformalarında təbliğat xidmətlərinə isə 163 179 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu xidmətləri “Conde Nast Traveller Middle East” şirkəti, “XCO” MMC, “Skye Media Consulting (Beijing) Co., Ltd” şirkəti göstərəcək.

 

DTA hər şirkətlə ayrılıqda müqavilə bağlayıb. Bu müqavilələrdən ikisi üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 19 Sentyabr 2025, 08:11   
Seçilən
4
2
pravda.az

3Mənbələr