AZ

Hemilton Azərbaycan Qran-prisindən gözləntilərini bölüşüb

“Ferrari” komandasının üzvü, 7-qat dünya çempionu Lyuis Hemilton Azərbaycan Qran-prisi və komandasının bolidi ilə bağlı təəssüratlarından danışıb.

İdman.biz bildirir ki, Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək.

"Mövsümün çox hissəsini altıncı, yeddinci və səkkizinci yerləri tutduğumu nəzərə alsaq, qələbə ehtimalı azdır. Mən nə vaxtsa komandamdan ötrü podiuma yüksəlmək istərdim, çünki Şarl (Lekler) dörd və ya beş dəfə bunu edib.

Həftəsonuna nikbin baxıram. Mənə elə gəlir ki, bir neçə şey tapmışam və indi sadəcə onları həyata keçirmək üzərində işləməliyəm. Mən həqiqətən ümid edirəm ki, bu həftəsonu bu yolun başlanğıcı olacaq.

Bu həftə sonu mən indiyədək sürdüyüm hər şeydən çox fərqli bir avtomobil idarə edəcəyəm, ona görə də onun necə olduğunu və onunla nəyə nail ola biləcəyimi səbirsizliklə gözləyirəm. Bu maşın mənim indiyədək Bakıda sürdüyüm maşınlardan çox fərqlənir", - Hemilton deyib.

İdman.biz

Seçilən
22
1
idman.biz

2Mənbələr