"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Cümə axşamı ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza sektorunda dərhal, qeyd-şərtsiz və daimi atəşkəsin, eləcə də İsrailin Fələstin anklavına humanitar yardımın çatdırılmasına qoyduğu bütün məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub", - deyə məqalədə bildirilir.
Qeyd olunur ki, qətnamənin lehinə 14 üzv səs verib. Bu, İsrail ilə HƏMAS arasında, demək olar ki, iki ildir, davam edən müharibə ilə bağlı ABŞ-nin Təhlükəsizlik Şurasında altıncı dəfə veto tətbiq etməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31