AZ

Ermənistanda respondentlər daha çox hansı siyasi lideri dəstəkləyirlər? -SORĞU

Ermənistanda müxalifət qüvvələrinin təşəbbüsü ilə sosioloji araşdırma aparılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məqsəd növbəti bazar günü parlament seçkiləri keçiriləcəyi halda ölkə vətəndaşlarının kimə səs verəcəyini müəyyən etmək olub.

 

Araşdırmanın nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın reytinqi 12 % təşkil edir.

 

25-30 avqust tarixlərində keçirilən və 1100 respondentin iştirak etdiyi sorğu göstərib ki, respondentlərin 17,3 %-i hakim "Mülki Müqavilə" partiyasını, 6,4 %-i isə "Ermənistan" blokunu dəstəkləyəcək.

 

Eyni zamanda, rəyi soruşulanların 75 %-i hökumətin işindən narazı olduğunu bildirib.

 

Reytinqdə ikinci yerdə "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan qərarlaşıb, o, təxminən 10 % dəstək qazanıb. Üçüncü yeri 6 %-lə Ermənistanın ikinci prezidenti Robert Köçəryan tutub.

Seçilən
39
3
senzor.az

4Mənbələr