ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat konfransı zamanı Ermənistanı Albaniya, Azərbaycanı isə “Aberbaycan” adlandırıb.
Moderator.az xəbər verir ki, bu haqda "İntellinews" Avropa nəşri məlumat yayıb.
"Təsəvvür edin, məsələn, biz Aberbaycan və Albaniyadakı vəziyyəti həll etsək. Bu, illər çəkdi. Bu, heç vaxt həll edilə bilməzdi", - ABŞ prezidenti bildirib.
“Hər kəs, istənilən ölkənin lideri öz səhvlərini düzəldir və ABŞ prezidenti bunu artıq “X” yazısı ilə edib”, - Paşinyan bildirib.
Xatırladılır ki, ABŞ lideri bundan əvvəl iki dəfə hər iki ölkə ilə bağlı eyni səhvi etmişdi.
Bir müddət əvvəl o, “Fox News” a da müsahibəsində “Aberbaycan və Albaniya” arasında müharibəni dayandırdığını demişdi.
Avqust ayında da mühafizəkar “The Mark Levin Show” tok-şousunda çıxışı zamanı Tramp ilk dəfə bu səhvi etmişdi.
Bu arada Ermənistanın tert.am saytı xatırladır ki, məhz dünən- sentyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Trampın Ermənistanı dəfələrlə Albaniya adlandırıb-gösterməməsi ilə bağlı suala cavab olaraq ABŞ prezidentinin səhvlərini düzəltdiyini açıqlamışdı.