AZ

Fransada etiraz aksiyalarında saxlanılanların sayı 300 nəfəri ötdü

"Fransada hüquq-mühafizə orqanlarının əməkdaşları hökumətin sosial ehtiyaclar üçün xərcləri azaltmaq planlarına qarşı etiraz aksiyalarında 300-dən çox adamı saxlayıblar".

Oxu.Az-ın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Fransanın daxili işlər naziri Brüno Retayo deyib.

Nazir bildirib ki, ölkə üzrə 309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib.

O qeyd edib ki, nümayişlərdə 7 300 "radikal əhval-ruhiyyəli şəxs" iştirak edib.
Seçilən
24
sherg.az

1Mənbələr