AZ

İtaliyanın Suriyaya göndərdiyi humanitar yardımı Dəməşqə çatıb

Bakı. Trend:

İtaliyanın Suriyaya göndərdiyi tibbi avadanlıqlardan ibarəthumanitar yardımı paytaxt Dəməşqə çatıb.

Trend xəbər verir ki, bubarədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyiməlumat yayıb.

Bildirilir ki, yardımın məqsədi Suriyanın xəstəxana sektorununbərpasına dəstək olmaqdır. İtaliya Suriya xəstəxanalarınındiaqnostika və müalicə imkanlarını təkmilləşdirmək üçün qabaqcıltexnoloji alətlər göndərib. Yüklərə zəruri tibbi ləvazimatlar,defibrilyatorlar və ultrasəs aparatları da daxil olmaqlaelektrotibbi avadanlıqlar daxildir.

“Bütün tibbi ləvazimatlar fövqəladə hallarda tibb mərkəzlərinədəstək olmaq, keyfiyyətli tibbi yardım göstərmək və əhalinin ənhəssas təbəqələrinin sağlamlığını qorumaq üçün istifadə olunacaq.Bu, səhiyyə sisteminin gücləndirilməsi istiqamətində konkretaddımlardır. Məqsəd ölkənin yenidənqurma mərhələsinə keçidinidəstəkləməkdir”, - deyə məlumatda qeyd olunur.

Seçilən
54
3
az.trend.az

4Mənbələr