AZ

BƏƏ Prezidenti Azərbaycana səfəri ilə bağlı paylaşım edib -VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana bir neçə gün əvvəl gerçəkləşmiş rəsmi səfəri ilə bağlı paylaşım edib.

 

Senzor.az bildirir ki, Əl Nəhyan "Facebook" hesabındakı paylaşımında Qarabağda keçirilən ikitərəfli danışıqların regional sülh və sabitliyin təmin edilməsinə yönəldiyini qeyd edib.

 

"Qarabağda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum, BƏƏ və Azərbaycan arasında inkişaf etməkdə olan ikitərəfli əlaqələri müzakirə etdik. Bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi təkana əsaslanaraq, iqtisadi inkişafın stimullaşdırılmasına, ümumi imkanların yaradılmasına, regional və qlobal sülh və sabitliyin dəstəklənməsinə yönəlmiş yeni əməkdaşlıq istiqamətlərini araşdırdıq", - o yazıb.



Seçilən
18
8
senzor.az

10Mənbələr