AZ

Səfirlik: ABŞ Rusiya ilə səfirliklərin işini qaydaya salmaq istəyir

BAKI, 19 sentyabr. TELEQRAF

Vaşinqton Moskva ilə diplomatik nümayəndəliklərin işi ilə bağlı növbəti danışıqları hər iki tərəf üçün münasib olduqda razılaşdırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Rusiyadakı səfirliyinin bəyanatında deyilir.

Diplomatik missiyadan qeyd ediblər ki, ABŞ tərəfi ikitərəfli münasibətlər üzrə əlaqə kanalını daimi danışıqların konstruktiv platforması kimi qiymətləndirir.

Səfirlikdən bildirilib ki, hazırda əsas məqsəd Moskva və Vaşinqtondakı səfirliklərin işini bərpa etməkdir.

Seçilən
32
teleqraf.com

1Mənbələr