AZ

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyi konsert proqramı ilə qeyd olundu

Azərbaycan milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında konsert proqramı ilə qeyd olunub.

Publika.az xəbər verir ki, tərbir Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və Fransa-Azərbaycan Dialoqu assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək bildirib ki, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi bəstəkarın həyat və yaradıcılığına ehtiramı nümayiş etdirir. Bu, eyni zamanda musiqinin birləşdirici gücünü, mədəniyyətlər arasında dialoqun qurulmasına və ümumbəşəri dəyərlərə verilən qiyməti göstərir. Daimi nümayəndə Üzeyir Hacıbəylinin Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında müstəsna rol oynamasından danışıb.

“1908-ci ildə Şərqdə ilk opera olan “Leyli və Məcnun” təkcə musiqi əsəri deyildi. Bu, əsl mədəni inqilab idi. Hacıbəyli, Azərbaycan muğamının əsrlərlə formalaşmış ənənəsini Qərb musiqisinin klassik formaları ilə birləşdirərək, Şərq və Qərb arasında musiqi körpüsü saldı.

Onun əsərlərinin gücü də bu sintezə dayanır – milli irsə dərin bağlılıq, eyni zamanda bəşəriyyətə açıq mesaj. Hacıbəylinin musiqisi Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini əks etdirir və bütün bəşəriyyətə xitab edir. Onun irsi UNESCO-nun missiyası ilə tam uyğun gəlir”, - deyə səfir məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibəyli Ü. Hacəbəyli yaradıcılığından bəhs edib.

Seçilən
74
4
publika.az

8Mənbələr