AZ

Azərbaycan klubları Çempionlar Liqasında qrup lideri oldu - FOTOLAR

Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə Çempionlar Liqası davam edir.

Sportinfo.az xəbər verir ki, turnirdə Azərbaycanı çempion “Birbaşa Bakı”, vitse-çempion “Zirə” və “Aznur” təmsil edir.

"Aznur" qrup mərhələsinin 2-ci turunda əvvəlcə "Grupo Raxu Oviedo" (İspaniya) kollektivini, daha sonra "Pioneer Group Almaty" (Qazaxıstan) komandasını 3:1 hesabı ilə məğlub edib.

"Birbaşa Bakı" qrup mərhələsinin 3-cü turunda "Red Start Belgrade" (Serbiya) klubuna 7:0 hesabı ilə qalib gəlib.

"Zirə" - "Red Meat Burger Saloon Afula" (İsrail) matçı isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Nəticədə “Birbaşa Bakı” və “Zirə” qrup lideri kimi növbəti mərhələyə yüksəlib, “Aznur” isə ikinci pillədən pley-offa adlayıb.

Daha öncə “Birbaşa Bakı” Rumıniyanın “ARRV” (4:1) və Portuqaliyanın “Portu” (0:0) klubları ilə qarşılaşıb. “Zirə” Macarıstanın “Rooftop Budapeşt” (2:0) və Slovakiyanın “Jaqmart” (2:1), “Aznur” isə Çexiyanın “Hoverla Praqa” (1:1) komandaları ilə oynayıb.

Seçilən
16
2
sportinfo.az

3Mənbələr