AZ

ÇL: "Qarabağ"ın rəqibi "Qalatasaray"ı darmadağın etdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, 1-ci turun sonuncu günündə 6 oyun keçirilib.

"Qarabağ"ın rəqiblərindən olan "Napoli" səfərdə "Mançester Siti"yə məğlub olub. Təmsilçimizlə qitənin ən nüfuzlu klub turnirinin 2-ci turunda qarşılaşacaq "Kopenhagen" isə evdə "Bayer Leverkuzen"lə heç-heçəyə razılaşıb. Bu matçı azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib. "Qarabağ"ın daha bir rəqibi "Ayntraxt" Türkiyə çempionu "Qalatasaray"ı böyük hesabla yenib.

ÇL-də debüt matçına çıxan Qazaxıstan "Kayrat"ı qonaq qismində "Sportinq"ə uduzub - 1:4.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr

"Brügge" (Belçika) - "Monako" (Fransa) 4:1

Qollar: N.Tresoldi, 32. R.Onyedika, 39. H.Vanaken,42. M.Diakon, 75. - A.Fati, 90+1.

"Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya) 2:2

Qollar: J.Larson, 9. R.Silva, 86. - A.Qrimaldo, 82. P.Hatzidiakos, 90+1 (öz qapısına).

"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) 2:0

Qollar: E.Holand, 56. Y.Doku, 65.

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) 5:1

Qollar: D.Sançez, 37 (öz qapısına). C.Uzun, 45+2. Y.Burkardt, 45+4,66. A.Knauff, 75. - Y.Akgün, 8.

"Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) 4:1

Qollar: F.Trinkao, 44, 65. A.Santos, 67. G.Quenda, 68. - Edmilson, 86.

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:2

Qollar: A.Gordon, 90. - M.Reşford, 58, 67.

Seçilən
4
fanat.az

1Mənbələr