ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq Agentliyi Polşaya 780 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raket sistemlərinin satışı imkanını təsdiqləyib.
Musavat.com xəbər verir ki, Polşa hökuməti ABŞ-dan 2 506 ədəd FGM-148F Javelin raketi və 253 ədəd yüngül komanda-buraxılış qurğusu (Javelin CLU) almaq üçün rəsmi müraciət edib.
Sövdələşməyə həmçinin raketlərin imitasiya buraxılış qurğuları, batareya-soyuducu bloklar, ehtiyat hissələri, texniki dəstək, təlim və logistika xidmətləri də daxildir.
Layihənin əsas podratçıları RTX Corporation və Lockheed Martin şirkətləri olacaq.
Musavat.com