AZ

Şimali Koreya Rusiyadan narazıdır

Şimali Koreya ilə Rusiya arasında münasibətlərdə gərginlik yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb. Pxenyan Rusiyaya ümumilikdə 9,8 milyard dollarlıq silah tədarük edib — bu, ölkənin ÜDM-nin əhəmiyyətli hissəsini təşkil edir. Lakin Moskva bunun müqabilində Şimali Koreyaya cəmi 1,2 milyard dollar dəstək göstərib.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen In bu vəziyyətlə bağlı artıq Vladimir Putinə şikayətini çatdırıb. Putin isə cavabında Kim-in narazılığını əsassız hesab etdiyini bildirib.

Bəzi mənbələr qeyd edir ki, Şimali Koreya ümumilikdə Rusiya ilə əməkdaşlıqdan 20 milyard dollara yaxın gəlir əldə edib. Bununla yanaşı, başqa mənbələr vurğulayır ki, Moskva sualtı texnologiyalar və digər hərbi texnologiyaları Pxenyana verməyə hələ də tələsmir. 

 

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr