
Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinə ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, müəmmalı səbəblərdən Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1960153.86 AZN vergi borcu yaranıb.
Sözügedən borca görə birliyin sədri Vüsal Hüseynov Fazil oğlu məhkəməyə verilib. Məhkəmənin qərarı ilə birliyin rəisi Vüsal Hüseynovun ölkədən çıxışına məhdudiyyət qoyulub.