AZ

Suriya XİN başçısı ABŞ-də ölkəsinin maliyyə sistemində bərpası yollarını müzakirə etdi

BAKI, 19 sentyabr. TELEQRAF

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani Vaşinqtonda rəsmi şəxslərlə Suriya iqtisadiyyatının dünya maliyyə sistemində bərpası yollarını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

Bildirilir ki, əş-Şeybani ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla birlikdə bu ölkənin Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşüb.

“Görüş zamanı Suriya iqtisadiyyatının dünya maliyyə sistemində bərpası yolları müzakirə edilib ki, bu da terrorizmin maliyyələşdirilməsinə qarşı birgə səyləri gücləndirməyə imkan verəcək", - XİN bəyan edib.

Qeyd edək ki, Əş-Şeybani Suriya nümayəndə heyətinin başçısı kimi Vaşinqtona gəlib. Bu, son 25 ildə Suriya xarici işlər nazirinin ABŞ-yə ilk rəsmi səfəridir.

Seçilən
12
teleqraf.com

1Mənbələr