Vaşinqton, 18 sentyabr, AZƏRTAC
“Birləşmiş Ştatlar Rusiya ilə Ukrayna arasında müharibə bitdikdən sonra sülhün təmin olunmasına kömək edəcək”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidentİ Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Müharibə həll edildikdən sonra biz sülhün təmin olunmasına kömək edə bilərik. Mən düşünürəm ki, bu, baş verəcək”,- deyə Tramp bildirib.
O, həmçinin əlavə edib ki, Ukraynada müharibəyə son qoymaq çətin olub. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onu çox məyus edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton