AZ

“Kayrat” ÇL-dəki ilk oyununda məğlub oldu

UEFA Çempionlar Liqası çərçivəsində Qazaxıstanın “Kayrat” klubu səfərdə Portuqaliyanın “Sportinq”inə məğlub olub.

"Unikal" xəbər verir ki, Lissabondakı “Estadio Jose Alvalade” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliyalı cinah oyunçusu Fransisko Trinkao 44-cü dəqiqədə cərimə meydançasının kənarından fərqlənib. Asisti gürcüstanlı yarımmüdafiəçi Giorgi Koçoraşvili edib.

İkinci hissədə ispan müdafiəçi İvan Fresnedanın ötürməsindən sonra Trincao dəfə fərqlənib. Braziliyalı hücumçu Alisson Santos və portuqaliyalı yarımmüdafiəçi Geovani Kenda qol vurublar. 

"Kayrat"ın yeganə təsəlli qolunu Edmilson vurub. 

Beləliklə, “Sportinq” üç xal qazanaraq ilk turun yekunlarına görə liderlər qrupuna daxil olub. “Kayrat” isə xalsız turnir cədvəlinin sonuncu pilləsində qalıb. 

İkinci turda “Kayrat” sentyabrın 30-da “Real Madrid”i qəbul edəcək. 

Ağarza Elçinoğlu

Seçilən
13
14
unikal.az

10Mənbələr