İsrailin son hücumları və Yaxın Şərqdə artan təhlükəsizlik riskləri fonunda illərdir müzakirə olunan “İslam NATO-su” ideyası yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, prosesin mərkəzində Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanı dayanır. Analitiklərin fikrincə, bu dörd ölkənin həm hərbi gücü, həm də strateji mövqeyi potensial alyansın əsasını təşkil edə bilər.
Qətərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar sammitində, xüsusilə də Doha hücumu və Qəzzadakı son hadisələrdən sonra, məsələ daha ciddi şəkildə müzakirə olunub. ABŞ-nin Newsweek2 jurnalı bunu “indiyədək birgə İslam ordusu yaratmaq üçün atılmış ən ciddi addım” kimi qiymətləndirib.
Misir isə ərəb dünyasının ən böyük ordusu kimi fərqli yanaşmalar təklif etsə də, ortaq platformada iştirak etməyə hazır olduğunu göstərib. Türkiyə və Səudiyyə Ərəbistanı məsələyə ehtiyatlı yanaşsalar da, pərdəarxası xəbərlər bu dəfə qərarların daha ciddi ola biləcəyinə işarə edir.
Aqil