AZ

"Mançester Siti" və "Barselona"dan qələbə, "Qalatasaray" darmadağın oldu

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura bu gün yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən "Napoli" İngiltərədə "Mançester Siti"nin qonağı olub. Bu görüşdə "şəhərlilər" rəqibi üzərində inamlı qələbə qazanıb. 

"Kopenhagen" evdə "Bayer"i qəbul edib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

 Türkiyə çempionu "Qalatasaray" səfərdə  "Ayntraxt"la qarşılaşıb və gözlənilməz darmadağına üzülüb.

"Barselona" səfərdə "Nyukasl"ı, "Sportinq" isə doğma meydanda "Kayrat" üzərində qələbəyə sevinən tərəf olub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

18 sentyabr

20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1

Qollar: N.Tresoldi, 32, R.Onyedika, 39, H.Vanaken, 42, M.Diakhon, 75, A.Fati, 90+!

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya) - 2:2

Qollar: C.Larsson, 9, A.Qrimaldo, 82, Robert, 87, P. Hatzidiakos, 90+2, (a.q)

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0

Qollar:  E.Haaland, 56, C.Doku, 65

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Y.Akgün, 8, D.Sançez, 37, (a.q), C.Uzun, 45+2, C.Burkardt, 45+4, 66, A.Knauff, 75

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) - 4:1

Qollar: F.Trincao, 44, 64, A.Santos, 66, C.Quenda, 68, E.Filho, 86

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

Qollar: M.Reşford, 58, 67, A.Qordon, 90

Seçilən
11
90deqiqe.az

1Mənbələr