Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə Çempionlar Liqası davam edir.
Fanat.Az xəbər verir ki, təmsilçimiz "Aznur" bu gün 2-ci dəfə meydana çıxıb.
Komandamız əvvəlcə "Grupo Raxu Oviedo" (İspaniya) kollektivini, daha sonra "Pioneer Group Almaty" (Qazaxıstan) komandasını 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, digər təmsilçilərimiz “Birbaşa Bakı” və “Zirə” qrup lideri kimi növbəti mərhələyə yüksəlib, “Aznur” isə ikinci pillədən pley-offa adlayıb.