Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq "Neftçi"nin oyuna neçə itki ilə çıxacağı bəllidir.
Bunu Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı açıqlayıb:
"Yüngül zədə səbəbindən ötən tur "Sabah"a qarşı oynamayan hücumçu Alessio Kurçi sıraya dönüb. Onun meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək. Braziliyalı mərkəz müdafiəçisi İqor Ribeyro isə cəzalı durumdadır".
Qeyd edək ki, sentyabrın 21-də baş tutacaq "Sumqayıt" - "Qarabağ" görüşünün start fiti 19:30-da səsləndiriləcək.
Nihat