AZ

Kamçatkada 7,7 bal gücündə zəlzələ baş verib

Kamçatkanın şərq sahilində 7,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən şimal-şərqdə 125 km məsafədə yerləşib.

Ocağın dərinliyi 40 km təşkil edib.

Kamçatkanın şərq sahilində 7,7 bal gücündə zəlzələ qeydə alınıb, yarımadanın şərq sahilinə sunami təhlükəsi elan olunub

Bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov “Telegram” kanalında bildirib.

“Yarımadanın şərq sahilinə sunami təhlükəsi elan edilib. Əhaliyə xəbərdar edilir”, – deyə Solodov yazıb.

AzPost.az

Seçilən
19
3
azpost.info

4Mənbələr