AZ

ABŞ Qəzza ilə bağlı qətnamənin qəbuluna veto qoydu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qəzzada daimi atəşkəsin təmin olunması, HƏMAS və digər qruplar tərəfindən saxlanılan bütün girovların dərhal, qeyd-şərtsiz azad edilməsi qətnaməsi səsə qoyulub. 

"Unikal"ın məlumatına görə, ABŞ qətnamə layihəsinə qarşı növbəti dəfə veto hüququndan istifadə edib. ABŞ-dan başqa digər 14 ölkə qətnamənin lehinə səs verib.

Layihə 10 qeyri-daimi üzv dövlətlər tərəfindən irəli sürülüb.

Qeyd edək ki, ABŞ bu ilin iyununda da səsverməyə çıxarılan eyni adlı qətnamənin qəbuluna veto qoyub.

Seçilən
1
unikal.az

1Mənbələr