Sportal.az saytına istinadən ain.az xəbər verir.
Bu gün Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Şahdağ Qusar” futbol klubu və “İSFA” arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, Ibis Hoteldə baş tutan mərasimdə tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev və “İSFA” şirkətinin direktoru Samir Xeyirbəyov imzalayıblar. Müqaviləyə əsasən, klubun oyun, məşq və nümayiş dəstlərinin arxa hissəsində tərəfdaşın loqosu yerləşdiriləcək.
Qeyd edək ki, İSFA MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.