AZ

Fransada polis uşaqlara maçete ilə hücum edən şəxsi güllələyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın cənub-şərqində polis uşaq bağçasının yaxınlığında uşaqlara hücum edən maçeteli şəxsi zərərsizləşdirib.
Oxu.Az bildirir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, asayiş keşikçiləri əvvəlcə elektroşokerdən istifadə ediblər, lakin bu, kömək etmədiyinə görə atəş açmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə gələn xilasedicilər kişini həyata qaytarmağa çalışsalar da, o, aldığı yaralardan dünyasını dəyişib.
Hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib, araşdırma davam edir.
Seçilən
7
2
oxu.az

3Mənbələr