AZ

“Göygöl İcra Hakimiyyəti təmirə 15 min manat xərcləyir, amma əsas xidmətlər hələ də sual altındadır”

Göygöl Rayon İcra Hakimiyyəti inzibati binada bir sıra təmir işlərinin həyata keçirilməsi üçün satınalma elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 15 min 573,64 manat olaraq göstərilir.

Satınalmaya əsasən, icra hakimiyyətinin inzibati binasının konfrans zalı, iclas zalı, giriş dəhlizi və pilləkən qəfəsində cari təmir işləri görüləcək. İşlərə yararsız divar kağızının və laminat döşəmənin sökülməsi, divar və tavanın təmizlənməsi, alçipanla üzlənməsi, emulsiya ilə rənglənməsi, yeni oboyların vurulması və döşəmə plintuslarının quraşdırılması daxildir. Bundan əlavə, inşaat zibillərinin daşınması da nəzərdə tutulur.

Seçilən
3
1
nocomment.az

2Mənbələr