AZ

"Qarabağ" Ramil Şeydayevi transfer etdiyini açıqlayıb

"Qarabağ" Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Köhlən atlar" 29 yaşlı hücumçu ilə birillik müqavilə imzalayıb. Futbolçu Ağdam təmsilçisində 77 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R.Şeydayev son olaraq "Neftçi"də çıxış edib. O, daha əvvəl 2017/2018 mövsümündə və 2021-ci ildən 2023-cü ilə qədər "Qarabağ"ın uğurları üçün çalışıb.

Xatırladaq ki, komanda bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.

Seçilən
0
qaziler.az

1Mənbələr