ain.az, Oxu.az portalına istinadən məlumat verir.
19-21 sentyabr tarixlərində keçiriləcək "Formula-1 Qatar Airways" Azərbaycan Qran-prisi ilə əlaqədar bir sıra yollarda məhdudlaşma icra olunub, bəzi avtobusların isə marşrutu dəyişdirilib.
Oxu.Az məhdudlaşan yollar və marşrutu dəyişdirilən avtobusların siyahısını bir daha xatırladır:
Yarışla əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə 12 sentyabr gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılıb. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə 15 sentyabr gecə saat 01:00-dan nəqliyyatın hərəkəti üçün bağlanıb və 23 sentyabr səhər saat 08:00-də açılacaq.
Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkündür.
Marşrutu dəyişdirilən avtobusların siyahısı isə belədir:
1 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Neftçilər" stansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Əhmədli" stansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
2 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Dərnəgül" stansiyası) Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
4 nömrəli avtobus marşrutu (istiqamət: metronun "Xətai" stansiyası) Azadlıq prospekti - Dilarə Əliyeva küçəsi - Kövkəb Səfərəliyeva küçəsi - Neftçilər prospekti - Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət metronun "Nəriman Nərimanov" stansiyası - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət metronun "Azadlıq Prospekti" stansiyası - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə - Bəhram Gur heykəlini əhatə edəcək.
10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: metronun "İçərişəhər" stansiyası) Şeyx Şamil küçəsi - Lermontov küçəsi - Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
20, 88A və 120E nömrəli avtobus marşrutlarının hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə marşrut Xocalı prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi ilə hərəkət edəcək.
61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank) Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
65 nömrəli avtobus marşrutu (istiqamət: metronun "İçərişəhər" stansiyası) Murtuza Muxtarov küçəsi - Əhməd Cavad küçəsi - Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;
88 nömrəli avtobus marşrutu (istiqamət: metronun "28 May" stansiyası) Azadlıq prospekti - Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
125 nömrəli avtobus marşrutu (istiqamət: metronun "28 May" stansiyası) Lökbatan dairəsi - Bakı Dairəvi yol - Mikayıl Müşfiq küçəsi - Badamdar dairəsi - Mikayıl Müşfiq küçəsi - Abdulla Şaiq küçəsi - Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi "28 May" NMM) əhatə edəcək.
149 nömrəli avtobus marşrutu Sahil qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək.
72 və E1 nömrəli avtobus marşrutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Məhərrəm Əliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.