“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, “Yuventus” 31 yaşlı futbolçunu azad agent kimi komandaya qatmağa çalışacaq, çünki onun “Mançester Siti” ilə müqaviləsi gələn yay başa çatır. Turin təmsilçisi portuqaliyalının agenti ilə ilkin razılıq da əldə edib.
Əvvəllər məlumat yayılmışdı ki, “şəhərlilər” Silvanın müqaviləsini uzatmaq fikrində deyillər. Qeyd edək ki, Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir.
Cari mövsümdə İngiltərə Premyer Liqasında Silva 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.