Kamçatkanın (Rusiya) şərq sahilləri yaxınlığında 7,7 bal gücündə zəlzələ qeydə alınıb.
Hakimiyyet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.
ABŞ-nin Okean və Atmosfer üzrə Milli İdarəsi (NOAA) bölgədə sunami təhlükəsi elan edib. ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 7,8 bal olaraq qiymətləndirib.
Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov bildirib ki, bütün xidmətlər gücləndirilmiş hazırlıq rejiminə keçirilib.
"Dəqiqləşdirilmiş məlumatlara görə, zəlzələnin gücü 7,2 bal təşkil edib. Yarımadanın şərq sahilləri boyunca sunami təhlükəsi elan olunub. Əhali məlumatlandırılır", – deyə qubernator öz Telegram kanalında yazıb.