Ajans.az xəbər verir ki, Vaşinqton növbəti dəfə Qəzza ilə bağlı qətnamənin əleyhinə səs verən yeganə üzv olub. Təhlükəsizlik Şurasının bütün digər üzvləri, o cümlədən Rusiya, Çin, Böyük Britaniya və Fransa qətnamənin lehinə səs verib. Qətnamə Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən dəstəklənib: Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Pakistan, Panama, Koreya Respublikası, Syerra-Leone, Sloveniya və Somali.

Sənəd bütün girovların dərhal, ləyaqətli və qeyd-şərtsiz azad edilməsini tələb edir və İsrail hökumətini Qəzzaya humanitar yardımın daxil olmasına dərhal və qeyd-şərtsiz bütün məhdudiyyətləri qaldırmağa çağırır. Sənəd Zolaqda yardımın təhlükəsiz və maneəsiz paylanmasını və bütün əsas xidmətlərin tam bərpasını təmin etməkdə təkid edir.