AZ

Telman İsmayılovun keçmiş mühafizəçisi azadlıqdan məhrum edildi

Moskva Qarnizon Hərbi Məhkəməsi iş adamı Telman İsmayılovun keçmiş mühafizəçisi Tərxan Eldukayevi 1990-cı illərdə sahibkarlara qarşı sifarişli sui-qəsdlə bağlı cinayət işi üzrə 14.5 il müddətinə azadlıqdan məhrum edib.

Moderator.az bildirir ki, bu barədə "Vedomosti" nəşrinə onun vəkili Robert Zinovyev məlumat verib.

Eldukayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Cinayət işi üzrə məhkəmə prosesi təxminən dörd ay davam edib.

Məhkəmə Eldukayevi 2006-cı ildə müğənni Avraam Russoya qarşı sui-qəsd cəhdində təqsirli bilməyib, lakin onu 1996-cı ildə Tahir və Telman Qurşumov qardaşlarına qarşı sui-qəsdə cəhddə köməklik göstərməkdə təqsirli bilib, eləcə də Telman Qurşumovun 2.5 milyon rublluq mülki iddiasını qismən təmin edib.

Seçilən
7
3
moderator.az

4Mənbələr