BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiyadan neft alan Avropa Vaşinqtonu Çinə qarşı sanksiyalar tətbiqinə məcbur edə bilməz.
Teleqraf xəbər verir ki, Tramp "Fox News"a müsahibəsində ABŞ-nin Rusiyadan neft alanÇinə qarşı niyə sanksiyalar tətbiq etmədiyinə dair sualı cavablandırıb.
“Əgər Avropa Çinlə bağlı nəsə etsəydi, məncə, ÇinUkrayna münaqişəsinə son qoymaq üçün səy göstərərdi”, -ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri Rusiyanın neft və qazından imtina etsə, Çin də uyğun addımı atacaq: "Çin də Avropa kimi Rusiyadan neft alır. İndi Avropanın Rusiyadan neft alan Çinə görə üzülməyimi gözləməsi qəbuledilməzdir”.