Qəzza şəhərinin 450 mindən çox sakini İsrailin böyük hücumu ərəfəsində şəhəri tərk edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü, briqada generalı Efi Defrin brifinqdə deyib.
"Hazırda Qəzza şəhərinin 450 mindən çox sakininin cənuba təxliyə edildiyi təxmin edilir. Evakuasiya biri dəniz boyu olmaqla iki dəhliz üzrə aparılır. HƏMAS hərəkatının silahlıları mülki əhalinin Qəzzadan təxliyəsinə mane olmağa çalışır”, - deyə o bildirib.
Qeyd edək ki, döyüşlərdən əvvəl Qəzza şəhərində 1 milyon əhalinin olduğu təxmin edilirdi.